s 3

Finlandiyanın daxili işlər naziri Mari Rantanen bütün Avropa ölkələrini Seuta miqrant böhranı fonunda İspaniyanı Şengen zonasından müvəqqəti olaraq çıxarmaq təklifini dəstəkləməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

İspaniya Şengen zonasının xarici sərhədini qanunsuz girişdən qorumaqda tamamilə uğursuz olub. Bu, davam edə bilməz”, – deyə Finlandiya daxili işlər naziri yazıb.

İtaliyanın Baş naziri Corciya Meloni daha əvvəl ölkəsinin sərhədlərini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün təcili tədbirlər görməyə, o cümlədən İspaniya ilə Şengen zonasını dayandırmağa hazır olduğunu bildirmişdi.

30 iyulda isə mediada Şimali Afrikada yerləşən İspaniyanın muxtar Seuta şəhərinə təxminən 20.000 miqrantın daxil ola biləcəyi barədə məlumat yayılıb.

Miqrantlar Mərakeş təhlükəsizlik qüvvələrinin heç bir müqaviməti ilə qarşılaşmayıblar. Qeyd olunur ki, təkcə son bir həftə ərzində 1500 miqrant Seutaya üzməklə, digərləri isə Mərakeşdən piyada çatıb.

Seuta, coğrafi mövqeyinə görə daim miqrasiya problemləri ilə üzləşən İspaniyanın muxtar bir şəhəridir. 2021-ci ildə sərhədi cəmi bir neçə gün ərzində təxminən 10.000 insan keçib, onların əksəriyyəti Mərakeş vətəndaşları olub. Afrikadan gələn qaçqın axınını nəzarətdə saxlamaq üçün şəhərin Mərakeşlə sərhədi boyunca tikanlı məftillərlə örtülmüş hündür bir hasar çəkilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: