ABŞ-ın gecə saatlarında İranın Xuzistan əyalətinə endirdiyi zərbələr nəticəsində Əhvaz şəhərində iki tələbə yataqxanasına ziyan dəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Xuzistan qubernatoru danışıb.

ABŞ hərbçiləri gecə və səhər saatlarında Abadan, Arvandkenar, Şadeqan və Əhvaz ətrafındakı hədəflərə zərbələr endirib.

Əhvazda iki tələbə yataqxanası – Şəhid Çamran Universitetinin Şəhid Çamran adına yataqxanası və Əhvaz Tibb Universitetinin yataqxanası atəşə tutulub.

Hücumların ardından universitet və fövqəladə hallar xidmətlərinin nümayəndələri hadisə yerinə gedərək zərərçəkən tələbələrlə görüşüblər. Tələbələrin bir hissəsi müvəqqəti olaraq digər yataqxanalara yerləşdirilib. Lakin xəstəxanalarda növbədə olan internlər işlərini davam etdirirlər”, – deyə o bildirib.

Məlumata görə, hücumlar nəticəsində dağıntılar qeydə alınıb. Tələbələr arasında ölən və yaralananların sayı ilə bağlı isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: