p

Polşa Xarici İşlər Nazirliyi (XİN) Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın gələcəkdə bölünməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşa XİN-in sözçüsü Matsey Vevyur “X” sosial şəbəkəsində yazıb.

“Polşa nə keçmişdə, nə indi, nə də gələcəkdə Ukraynaya qarşı ərazi iddiası irəli sürməyib və irəli sürməyəcək”, – deyə XİN sözçüsü vurğulayıb.

Vevyurun sözlərinə görə, Polşanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır.

O bildirib ki, hökumət Ukraynanın beynəlxalq səviyyədə tanınmış qanuni sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini tam şəkildə tanıyır, ona hörmət edir və dəstəkləyir.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Ukraynanın gec-tez qərb torpaqlarını itirəcəyini iddia etmişdi. O, həmçinin Rusiyanın vaxtilə Ukraynanın ərazi bütövlüyünün yeganə təminatçısı olduğunu, lakin Kiyevin sonradan Moskvanı düşmən elan etdiyini bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: