2 60 900x605 2

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh sazişini ABŞ-da imzalamağa hazır olduğunu bəyan edib.

Globalinfo.az xəbər verir ki, sülh sazişinin mümkünlüyü ilə bağlı suala cavab verən Zelenski deyib:

“Bəli, sülh sazişini imzalamaq üçün Ağ Evin Oval kabinetinə və ya Mar-a-Laqoya gəlməyə hazıram. Bu, Donald Trampdan asılıdır.”

Zelenskinin sözlərinə görə, sülh sazişinin imzalanacağı məkanla bağlı onun tərəfindən heç bir problem yoxdur və yekun qərar ABŞ Prezidenti Donald Trampın mövqeyindən asılı olacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: