Vasitəçilər İrana ABŞ-la 10 günlük atəşkəs təklifini təqdim ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, məqsəd Vaşinqtonla Tehran arasında iyunda əldə edilmiş müvəqqəti sazişin bərpası yollarını axtarmaqdır.
Qeyd edək ki, İran XİN-in nümayəndəsi İsmayıl Baqai iyulun 20-də Tehranın vasitəçilərdən bəzi təkliflər aldığını açıqlamışdı.