İspaniya millisinin ulduzu Lamin Yamalın balaca qardaşı maraqlı reaksiyası ilə gündəm olub.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, futbolçu Niko Uilyams stadionda ailənin yanına gəlib. O, Yamalın qardaşına yaxınlaşıb öpmək istəyərkən balaca onun gur və qıvrım saçlarını görən kimi diksinərək geri çəkilib.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında gülüş doğurub.
Lamine Yamal’ın kardeşi, kendisini sevmeye gelen Nico Williams’ın saçlarından korktu.pic.twitter.com/5wFKkHp2ru
— Onedio (@onedio) July 20, 2026
Əliyar Xəlil
Globalinfo.az