AA 20260718 42009940 42009936 FRANSA INGILTERE scaled

2026-cı il dünya çempionatının üçüncü yer uğrunda keçirilən qarşılaşmada İngiltərə millisi Fransanı məğlub edərək turnirin bürünc medalını qazanıb.

Globalinfo.az xəbər verir ki, Mayamidə yerləşən “Hard Rock Stadium”da keçirilən görüş İngiltərə yığmasının qələbəsi ilə başa çatıb.

Maraqlı və gərgin keçən matçda ingilislər üstün oyun nümayiş etdirərək rəqiblərini məğlub etməyi bacarıblar və mundialı üçüncü sırada tamamlayıblar.

Fransa millisinin hücumçusu Kilian Mbappe oyunda fərqlənərək dünya çempionatları tarixində bombardirlik göstəricisini yaxşılaşdırsa da, bu, komandasını məğlubiyyətdən xilas etməyə kifayət etməyib.

Beləliklə, İngiltərə millisi DÇ-2026-nın bürünc medalına sahib çıxıb, Fransa isə turniri dördüncü pillədə başa vurub.

***03:00

İngiltərə cəmi 2 dəqiqə sonra hesab arasında fərqi artırıb.

Globalinfo.az xəbər verir ki, 90+8 dəqiqədə Belinqhem fərqlənə bilib.

***02:58

Fransa yenidən top fərqini minimuma endirib. 

Globalinfo.az xəbər verir ki, Dembele 90+6 dəqiqədə rəqib qapısının torunu silkələyib.

***02:50

İngiltərə 87-ci dəqiqədə rəqib qapısına təyin olunan 11 metrəlik cərimə zərbəsindən yararlana bilib. 

Globalinfo.az xəbər verir ki, zərbəni icra edən Saka het-trik edərək komandasına 5-ci qolu qazandırıb.

***02:28

Fransa top fərqini minimuma endirib. 

Globalinfo.az xəbər verir ki, Mbappe 66-cı dəqiqədə dubl edərək komandasına 3-cü qolu qazandırıb.

Bununla da Mbappe ümumi mundiallarda vurduğu qolların sayını 22-yə çatdırıb.

***02:16

Fransa hesabına 6 dəqiqə ərzində 2-ci qol yazılıb. 

Globalinfo.az xəbər verir ki, Fransanın ikinci qolunu vuran Barkola çempionatda özünün 3-cü qolunu qazanıb.

***02:10

Fransa ikinci hissəyə erkən qolla başlayıb. 

Globalinfo.az xəbər verir ki, Mbappe 48-ci dəqiqədə fərqi 1 top azaltmağa nail olub.

Hazırda hesab belədir: İngiltərə 4:1 Fransa

Qeyd edək ki, bununla da Mbappe çempionatda 9-cu qolunu vurub.

***02:02

Qarşılaşmada ikinci hissə başlayıb.

***01:50

Matçda ilk hissə başa çatıb. 

Globalinfo.az xəbər verir ki, İngiltərə fasiləyə 4:0 üstünlüklə yollanıb.

***01:45

Bukayo Saka dubl edib. 

Globalinfo.az xəbər verir ki, futbolçu 45-ci dəqiqədə komandasının hesabına 4-cü qolu gətirib.

***01:37

Bukayo Saka 37-ci dəqiqədə İngiltərənin hesabına üçüncü qolu yazdırıb. 

***01:18

İngiltərə ikinci qolunu qazanıb. 

Globalinfo.az xəbər verir ki, Ezri Konsa 18-ci dəqiqədə komandasının oyunda, özünün isə çempionatda ikinci qolunu vurub.

***01:02

İngiltərə matça erkən qolla başlayıb. 

Globalinfo.az xəbər verir ki, 3-cü dəqiqədə Deklan Rays komandasına ilk qolu qazandırıb.

***01:00

FIFA 2026 Dünya Çempionatında üçüncülük uğrunda keçirilən matç start götürüb.

Globalinfo.az xəbər verir ki, üçüncü yer üçün İngiltərə və Fransa milliləri mübarizə aparır.

Görüş Mayamidə “Hard Rock Stadium”da keçirilir.

Xatırladaq ki, yarımfinalda Fransa millisi İspaniyaya, İngiltərə isə Argentinaya məğlub olub.

 

Paylaş: