ABŞ Prezidenti Donald Tramp Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ünvanladığı məktubda iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Məktubda Tramp vurğulayıb ki, suverenlik, təhlükəsizlik və uzunmüddətli rifah naminə birgə fəaliyyət mühüm nəticələr əldə etməyə imkan verəcək.
“Suverenlik, təhlükəsizlik və uzunmüddətli rifah naminə birlikdə çalışaraq əhəmiyyətli irəliləyişə nail ola bilərik. Təhlükəsiz, firavan və dinc gələcəyə doğru birlikdə irəlilədikcə əməkdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm”, – deyə ABŞ prezidenti məktubunda qeyd edib.
Donald Tramp, həmçinin ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə ünvanlanan təbrik məktubuna görə İrakli Kobaxidzeyə təşəkkürünü bildirib. O, ABŞ ilə ortaq dəyərləri bölüşən tərəfdaşlarla dostluq münasibətlərinə xüsusi önəm verdiyini vurğulayıb.
Əliyar Xəlil