abs rusiya 1

ABŞ Rusiya və İranla əlaqəli bir sıra fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) rəsmi sənədində bildirilib.

Məlumata görə, sanksiyalar Rusiya vətəndaşları Vadim Druzbin və Mariya Selina, İtaliya vətəndaşı Duniya Əttaib, eləcə də İran vətəndaşı Behruz Nəmaziyə şamil olunub.

Bundan əlavə, Rusiyada qeydiyyatdan keçmiş “Avratek”, İranın “NIKA JET COMPANY” və Nigeriyanın “VANGUARD”,  “TACTICAL SUPPLY LIMITED” şirkətləri də sanksiya siyahısına daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, məhdudiyyətlər Rusiya və İranla əlaqəli silahların yayılması və terror fəaliyyətində iştirakı iddia olunan fiziki və hüquqi şəxslərə qarşı tətbiq edilib

Qeyd olunub ki, sanksiyaların məqsədi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləyən şəbəkələrin fəaliyyətinin qarşısını almaq, həmçinin İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramlarının inkişafını məhdudlaşdırmaqdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: