ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında ikinci finalçı bəlli olacaq.
Globalinfo.az bildirir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İspaniya ilə qarşılaşacaq.
DÇ-2026
15 iyul
23:00. İngiltərə – Argentina
Baş hakim: İsmail Elfat (ABŞ).
Atlanta stadionu
Xatırladaq ki, yarımfinalın ilk oyununda İspaniya Fransanı iki cavabsız qolla üstələyib. DÇ-2026-nın final matçı iyulun 19-da baş tutacaq.