Şəmkirda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində vəfat edib. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.