Pasinyan gulus 2

Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətə çıxır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Baş nazir iyulun 10-dan 29-dək, hər iki tarix daxil olmaqla, məzuniyyətdə olacaq.

Bu müddət ərzində hökumət başçısını iyulun 10-dan 20-dək Baş nazirin müavini Mher Qriqoryan, iyulun 21-dən 29-dək isə Baş nazirin müavini Tiqran Xaçatryan əvəz edəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: