ABŞ Prezidenti Donald Tramp İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp bildirib ki, Tehranda keçirilən dəfn mərasimində insanların kədər içində olmasını gözləmirmiş:
“İranlıların ağladığını görəndə təəccübləndim. Çünki düşünürdüm ki, insanlar Xameneiyə nifrət edir”.
Tramp çıxışı zamanı həmçinin İrana dəfn mərasiminin keçirilməsi üçün bir həftə vaxt verildiyini iddia edib:
“Onlara dəfn mərasimi üçün bir həftəlik fasilə verdik. Biz yaxşı insanlarıq”.
Safura Bənnayeva
Globalinfo.az