zzz

Volodimir Zelenski Belarusun Rusiyanın təsiri altında Ukraynaya qarşı mümkün aqressiyanın genişləndirilməsinə hazırlıq məqsədilə müəyyən addımlar atdığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna-Belarus sərhədi boyunca hərbi məqsədlər üçün nəzərdə tutulduğu ehtimal edilən yol infrastrukturu, sursat anbarları və bazaların tikintisi başa çatmaq üzrədir.

O bildirib ki, bu obyektlərin hərbi təyinatdan başqa məqsədə xidmət etdiyini göstərən heç bir əlamət yoxdur.

Ukrayna lideri qeyd edib ki, Kiyev bu fəaliyyətlə bağlı Minskə aydın mesajlar göndərib və Belarus tərəfi vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün hansı addımların atılmalı olduğunu bilir.

“Gərginliyin azaldılmasına və sülhə yönələn addımlar məhz Belarus tərəfindən atılmalıdır”, – deyə Zelenski vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: