Son günlər bəzi marketlərdə yumurtanın birinin 1-3 qəpiyə satılması alıcıların diqqətini cəlb edib.
Globalinfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, qiymətlərin aşağı düşməsinə bir neçə amil təsir göstərib.
“Yay aylarında yumurtanın saxlanması daha çətindir, ona görə də istehsalçılar məhsulu bazara daha sürətlə çıxarmağa çalışırlar.
Bundan əlavə, ixracın zəifləməsi daxili bazarda bolluq yaradıb ki, bu da qiymətlərə birbaşa təsir göstərir”, – deyə iqtisadçılar qeyd edirlər.
Həmçinin bildirilir ki, iri və orta həcmli quşçuluq təsərrüfatlarının bazara daha çox məhsul çıxarması təklifin artmasına səbəb olub.
Quş Əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli ATV-yə açıqlamasında deyib ki, havaların isinməsi və gün işığının artması yumurtlayan toyuqların məhsuldarlığını yüksəldir.
Onun sözlərinə görə, nəticədə bazara daha çox məhsul çıxarılır və bu da qiymətlərdə ucuzlaşma yaradır.
Digər tərəfdən, sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında sözügedən yumurtaların keyfiyyəti ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Bəzi istifadəçilər 1 qəpiyə satılan yumurtanın içindən yad cismin çıxdığını bildirir, hətta görüntülərini də paylaşırlar.
Həmin kadrları təqdim edirik:
@binenin.sesi♬ orijinal ses – binenin.sesi
Safura Bənnayeva
Globalinfo.az