Badalyan

Baş nazir Nikol Paşinyana geosiyasi oyunçular tərəfindən göstərilən dəstək əslində Ermənistanın siyasi proseslərdə müstəqil subyekt kimi rolunun zəiflədilməsinə xidmət edir.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.

O bildirib ki, Paşinyanın müharibə risklərini idarə etməsi və səsləndirdiyi fikirlər daha çox ictimaiyyət üçün izahat xarakteri daşıyır.

Badalyan hesab edir ki, son illərdə ErmənistanAzərbaycan danışıqlarının gündəliyi, istiqaməti və şərtləri əsasən Bakıda müəyyənləşdirilir, İrəvan isə bu prosesləri yalnız fərqli formada təqdim etməyə çalışır.

“Əgər “Çiçəklənən Ermənistan” Partiyası parlamentə keçsəydi, “Vətəndaş Müqaviləsi”nin deputatların beşdəüçü qədər səsi olmayacaqdı. Lakin bu, baş vermədi və çoxluq yenidən Paşinyanın siyasi qüvvəsinin əlində qaldı. Bu isə o deməkdir ki, hakimiyyətin müxalifətlə razılaşmağa ehtiyacı yoxdur”, – Badalyan bildirib.

Ekspert hesab edir ki, Ermənistanda siyasi balansın dəyişməməsi Azərbaycan üçün vacib idi. Çünki hakimiyyətin digər siyasi qüvvələrlə razılaşmaq məcburiyyətində qalması ErmənistanAzərbaycan münasibətlərinə və danışıqlar prosesinə də təsir göstərə bilərdi.

Politoloq bildirir ki, Paşinyana beynəlxalq və geosiyasi dairələrin dəstəyi əslində Ermənistanın siyasi proseslərdə müstəqil aktor kimi rolunun zəifləməsinə gətirib çıxarır. Bu, xüsusilə müharibə və sülh məsələlərində özünü göstərir.

Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalına gəlincə, Badalyan hesab edir ki, bu kimi məsələlər artıq əsasən geosiyasi güclərin səviyyəsində həll olunur, çünki mövcud Ermənistan hakimiyyəti ölkənin bu proseslərdə həlledici rol oynamaq imkanlarını xeyli məhdudlaşdırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: