İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livanda atəşin dayandırılması barədə göstəriş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Məlumata görə, əgər “Hizbullah” atəşkəs rejiminə əməl etsə və yeni hücumlara əl atmasa, İsrail Müdafiə Ordusu da əməliyyatları dayandıracaq.
Qərarın iyunun 21-də İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ–İran danışıqları, eləcə də Tramp administrasiyasının İsrail rəhbərliyinə təzyiqləri fonunda qəbul edildiyi bildirilir.
Xatırladaq ki, iyunun 18-nə keçən gecə İran və ABŞ məsafədən hərbi qarşıdurmanın dayandırılmasını nəzərdə tutan memorandum imzalayıb. Sənədə əsasən, ABŞ-ın dəniz blokadasını aradan qaldırması və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa etməsi üçün konkret müddətlər müəyyən edilib.
Əliyar Xəlil