surenyants

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının referendum haqqında qanuna təklif etdiyi dəyişikliklər etirazla qarşılanıb.

Globalinfo.az xəbər verir ki,  bu barədə erməni siyasi analitik Suren Surenyants məlumat yayıb.

Bildirib ki, konstitusiya referendumlarında yalnız səsvermədən əvvəlki bir ildə ən azı 183 gün ölkədə yaşayan vətəndaşlar iştirak edə biləcəklər.

Onun sözlərinə görə, bu təşəbbüs seçici sayını azaltmağa və konstitusiya dəyişikliklərinin qəbulunu asanlaşdırmağa yönəlib.

Surenyants hesab edir ki, xaricdə işləyən minlərlə Ermənistan vətəndaşının səsvermə hüququnun faktiki məhdudlaşdırılması həm konstitusiyaya, həm də beynəlxalq hüquq normalarına ziddir.

Analitik layihəni siyasi baxımdan qəbuledilməz adlandıraraq, hakimiyyətin referendum yolu ilə konstitusiya dəyişikliklərini daha rahat keçirməyə çalışdığını bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: