pasinyan99

Ermənistanın müxalifət qüvvələri Baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradırlar.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nikol Paşinyanı iyunun 7-də keçirilən parlament seçkilərini saxtalaşdırmaqda ittiham edən “Güclü Ermənistan” partiyasının sədri, rusiyalı oliqarx Samvel Karapetyan müxalifət qüvvələrinin birləşdirilməsi və uyğun vaxtda küçə mübarizəsinə başlamaq prosesini elan edib:

“Seçkilərdən əvvəl səhvə yol verdik, bəlkə də səmimi mübarizə aparan, amma güclərini şişirdən bir çox müxalifət qüvvəsi ilə razılığa gələ bilmədik”.

Karapetyanın sözlərinə görə, birləşmə indi ölkə və xalq üçün çox vacibdir:

“Təklif edirəm ki, “Koordinasiya Şurası” yaradaq, üzbəüz danışaq, bütün problemləri xalqımıza açıqlayaq, xalqımıza düzgün müzakirələrlə müraciət edək və nəyin doğru olduğunu anlayaraq lazımi addımları ataq. Mümkün şuranın gündəliyinə gəlincə, birinci məsələ Paşinyanın vəzifədən uzaqlaşdırılmasıdır. Müxalifət mütləq bu koalisiyabı yaradacaq”.

Keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, “Daşnaksütyun” Partiyası, “Milli Birlik” Partiyası və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası” rusiyalı oliqarxın əməkdaşlıq təklifini dəstəkləyib.

Paylaş: