“Ermənistan anti-İran planlarında iştirak etsə, bunun fəsadları olacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı adı açıqlanmayan İran rəsmisindən sitat gətirib.

Rəsmi bildirib ki, ABŞ-la əldə olunmuş razılaşmaya əsasən, Ağ Ev öz ordusunu İranla sərhəddən çıxarmaq öhdəliyi götürüb:

“Bu, İranın şimal sərhədlərinə də aiddir. Əgər Ermənistan kommunikasiya yollarının açılması adı altında ABŞ ordusunu İran sərhədinə gətirərsə, biz müdafiə tədbirləri görəcəyik və bu, Ermənistanla münasibətlərə təsir edəcək.

Region ölkələri problemləri öz aralarında həll etməlidirlər. Biz İranla sərhədin ABŞ-ın nəzarətinə keçməsini sadəcə seyr edə bilmərik.  Bu baxımdan, Ermənistan mütləq bu məsələni nəzərə almalıdır. Əks təqdirdə, İran başqa yollara əl atmaq məcburiyyətində qalacaq”.

Paylaş: