Putin 1 900x600 1

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı apardığı müharibə nəticəsində strateji çıxılmaz vəziyyətlə üzləşib.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. Onun sözlərinə görə, müharibə Rusiya ordusuna ağır itkilər bahasına başa gəlib və Ukraynanın müqaviməti Kreml üçün getdikcə daha ciddi problemlər yaradır.

Nazir qeyd edib ki, Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatlar gözlənilən nəticələri verməyib və bunun əvəzində Moskva həm hərbi, həm də siyasi baxımdan artan çətinliklərlə qarşılaşıb.

Pistorius vurğulayıb ki, Rusiya rəhbərliyi atdığı addımların strateji dalana gətirib çıxardığını və bu qərarların mənfi nəticələrinin fərqindədir.

Tahir Turan
Globalinfo.az

Paylaş: