erm%C9%99nistan

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) “Ermənistan” və “Güclü Ermənistan” bloklarından deputatlığa namizədlər Asatur Koçaryan və Aşot Yegiazaryan barəsində Baş Prokurorluğun təqdimatlarını təmin edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

Bundan əvvəl Baş Prokurorluq MSK-ya “Ermənistan” blokunun lideri, ikinci prezident Robert Köçəryan və Ruslan Barseqyan barəsində cinayət təqibinə icazə verilməsi üçün müraciət etmişdi.

Gün ərzində Mərkəzi Seçki Komissiyası həmçinin Baş Prokurorluğun Köçəryanın cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verilməsi ilə bağlı təqdimatına da baxıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: