tramp netanyahu

Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu barədə danışarkən onu “yaxşı insan” adlandırıb və Livan məsələsində aralarında fikir ayrılıqlarının olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

ABŞ prezidenti qeyd edib ki, Netanyahuya daha təmkinli davranmağı tövsiyə edib. Trampın sözlərinə görə, təkcə bir nəfərin binaya daxil olması bütün binanın dağıdılması üçün əsas sayıla bilməz.

O vurğulayıb ki, hər hansı bir şəxsin müəyyən binada olması onun mütləq şəkildə Hizbullah ilə əlaqəli olduğu anlamına gəlmir. Buna görə də belə hallarda daha ehtiyatlı yanaşmanın vacib olduğunu qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: