Ermənistanlı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” seçki blokundan deputatlığa namizəd David Kazinyan saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi David Kazinyanın Mərkəzi Seçki Komissiyasının Baş Prokurorluğa onun barəsində cinayət təqibinə başlamaq üçün icazə verməsindən bir neçə saat sonra saxlanıldığını açıqlayıb.
Qeyd olunur ki, David Kazinyan “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın yaxın silahdaşlarından biri hesab olunur.
Əliyar Xəlil