
“Qəzzada müharibənin ağır nəticələrinə baxmayaraq, uşaqlar üçün yeni ümid məkanları yaradılmağa davam edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“Yerli təşəbbüslər çərçivəsində dağıdılmış yaşayış binalarının qalıqları arasında uşaqların vaxt keçirməsi və psixoloji dəstək alması üçün xüsusi oyun sahələri qurulub.
Bu məkanlardan istifadə edən uşaqların bir qismi valideynlərinin taleyi barədə hələ də dəqiq məlumata malik deyil.
Buna baxmayaraq, təşkilatçılar onların gündəlik həyatına bir qədər sevinc və ümid gətirməyə çalışırlar.
Bu oyun şəhərciyi ənənəvi əyləncə məkanlarından fərqlənir.
Xarabalıqların əhatəsində yerləşən sahə müharibənin yaratdığı çətinliklər fonunda uşaqlar üçün təhlükəsiz və ümidverici mühit formalaşdırmağı hədəfləyir”, – deyə bildirilib.
Safura Bənnayeva
Globalinfo.az