ytyyy

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonunda da ciddi fəsadlara səbəb olub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Yağan intensiv yağışlar Çənlibel gölünün məcrasından çıxmasına səbəb olub. Nəticədə Nügədi kəndi ərazisində bir sıra əraziləri su basıb.

Daşqın nəticəsində gölün sahilində yerləşən istirahət mərkəzinə məxsus bir neçə tikili və ətraf ərazi su altında qalıb.

Hazırda ərazidə yaranmış vəziyyətin aradan qaldırılması və fəsadların minimuma endirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Oxu.Az (@oxuaz)

Paylaş: