
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən aparılan əməliyyat nəticəsində seçkiyə dair ciddi pozuntu iddiaları üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, Ararat vilayətində bəzi sakinlərin erməni milyarder Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının nümayəndələrindən pul tələb etdikləri barədə faktlar aşkarlanıb.
“Çoxu qanunu pozanda fikirləşir ki…” – Qüdrət Həsənquliyev
Məlumata görə, onlar parlament seçkilərində həmin partiyaya səs vermək və tərəfdarlar cəlb etmək müqabilində maddi vəsait istəyiblər
Hadisə ilə bağlı qurum tərəfindən cinayət işi başlanıb, bir neçə şəxs saxlanılıb və onlar barəsində prosessual tədbirlər görülüb.
Araşdırmaların davam etdiyi və işin bütün detalları üzrə istintaqın aparıldığı bildirilir.
Safura Bənnayeva
Globalinfo.az