***15.06.2026 23:53
ABŞ-ın Kaliforniya ştatındakı Edvards Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayan “B-52 Stratofortress” strateji bombardmançısının heyəti həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Edvards aviabazasının məlumat yayıb.
Bildirilib ki, B-52 sınaq uçuşu üçün havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb və göyərtədəki 8 nəfər həlak olub.
Hadisə Los-Ancelesdən təxminən 160 kilometr şimalda baş verib.
Hadisə ilə bağlı araşdırmalara start verilib.