Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş arvadı Anna Akopyanın ABŞ-da keçiriləcək Birinci Xanımların Qlobal Akademiyasının tədbirinə ezam olunması barədə sərəncam imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Sənədə əsasən, Anna Akopyan iyunun 26-dan iyulun 4-dək davam edəcək səfər çərçivəsində ABŞ-da olacaq. Ezamiyyət xərclərinin bir hissəsi Ermənistanın dövlət büdcəsi hesabına qarşılanacaq.
Qeyd edək ki, bu ilin əvvəlində Anna Akopyan və Nikol Paşinyanın ayrılması haqda xəbərlər yayılmışdı.
Safura Bənnayeva
Globalinfo.az