sosial sebeke

Böyük Britaniyada 16 yaşdan kiçiklərə sosial şəbəkə qadağası tətbiq ediləcək.

Globalinfo.az xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri Kir Starmer qərarı təsdiqləyib.

O qeyd edib ki, valideynlərin əksəriyyəti bu addımını dəstəkləyib.

Baş nazir bildirib ki, qadağanı pozmağa və ya onu müxtəlif yollarla keçməyə çalışan yeniyetmələr cəzalandırılmayacaqlar.

“Britaniya hökuməti yeni qaydaların gələn ilin əvvəlinədək qüvvəyə minəcəyinə ümid edir”, – deyə Kir vurğulayıb.

Paylaş: