“Ukrayna münaqişəsinin həlli üçün rus dilinin və mədəniyyətinin məhvinə son qoyulmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Ukrayna böhranının aradan qaldırılması üçün ilk növbədə “rus xalqına və rus kimliyinə qarşı qanunvericilik vasitəsilə aparılan məhv siyasəti” dayandırılmalıdır:
“Qərb liderlərinin, xüsusilə də Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzin davranışları zəruri məntiqlə uzlaşmır. Rusiya Federasiyasının Ukraynadakı fəaliyyəti Yaxın Şərqdə, xüsusilə də İran və İsrail arasında gərginləşən vəziyyətlə əlaqəli deyil. Moskva bu regiondakı hadisələrdən müstəqil şəkildə öz milli maraqları çərçivəsində hərəkət edir”.
Lavrov vurğulayıb ki, Makronla Merz Paris və Berlinin bütün Avropanı fəth etmək istədiyi dövrlərə qayıtmağa çalışırlar.
Safura Bənnayeva
Globalinfo.az