Rusiyadan seçkilərdə iştirak üçün Ermənistana gələn ermənilər Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasına səs veriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, həmin şəxslərin Moskva tərəfindən məhz ruspərəst Samvel Karapetyanı dəstəkləmək üçün göndərildiyi bildirilsə də, onlar Paşinyanın partiyasına səs veriblər.
Hətta səs verənlərdən üç nəfərin kimliyi məlumdur. Bunlar Voskepar, Berd və Movses sakinləridirlər.
Əliyar Xəlil
Globalinfo.az