“İran nə Vaşinqtonla saziş imzaladığına görə, nə də danışıqlar prosesində iştirak etdiyinə görə hər hansı maliyyə vəsaiti alacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib:
“İranlılar pul almayacaqlar. Saziş bağlandı və ya görüşdə iştirak edildi deyə heç bir vəsaitin blokdan çıxarılması nəzərdə tutulmur. Saziş elə qurulub ki, burada prioritet ABŞ və onun müttəfiqlərinin maraqlarıdır”, – deyə Vens bildirib.
Onun sözlərinə görə, İran üçün iqtisadi üstünlüklər yalnız ölkənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi halında mümkün olacaq.
Vens həmçinin ABŞ Prezidenti Donald Trampın İranla aparılan danışıqlarda müsbət nəticə əldə edəcəyinə əminliyini ifadə edib.
Əliyar Xəlil