İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“30 ildən çoxdur, mən İranın nüvə proqramına qarşı beynəlxalq mübarizənin avanqardındayam. Bu mübarizə olmasaydı, İranın çoxdan İsraili məhv etmək üçün nüvə silahı olardı. Mən İsrailin Baş naziri olduğum müddətcə bu, baş verməyəcək”, – Netanyahu qeyd edib.