tramp

ABŞ Prezidenti Donald Trump İrana qarşı planlaşdırılan hava əməliyyatlarının dayandırıldığını elan edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Trampın sözlərinə görə, qərar müvafiq tərəflərlə aparılan məsləhətləşmələr və razılaşmalar əsasında qəbul edilib.

O bildirib ki, əməliyyatların ləğvi müəyyən şərtlərin razılaşdırılmasından sonra mümkün olub.

ABŞ lideri əlavə edib ki, yekun saziş imzalanana qədər tətbiq olunan dəniz blokadası qüvvədə qalacaq.

Tramp həmçinin qeyd edib ki, tərəflər arasında əldə olunması gözlənilən razılaşmanın imzalanacağı yer və tarixlə bağlı məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: