
Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası və regionda sülh prosesi ilə bağlı açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
O bildirib ki, delimitasiya ilə bağlı bütün hüquqi prosedurlar yekunlaşdırılıb və həm Ermənistanda, həm də Azərbaycanda məcburi hüquqi qüvvəyə malik sənədlər mövcuddur:
“Hazırda əsas diqqət TRIPP layihəsinin həyata keçirilməsinə yönəldilməlidir. Fikrimcə, üç əsas infrastruktur layihəsi, dəmir yolu, avtomobil yolu və elektrik xətləri reallaşdığı halda bu, faktiki olaraq sülh deməkdir. Təsəvvür edin, biz Azərbaycandan keçərək gedib-gəlirik, Azərbaycan da Ermənistandan keçərək hərəkət edir”.
Paşinyan jurnalistlərin Bakıda həbsdə olan hərbi canilərlə bağlı sualına belə cavab verib:
“Həbsxanadakı soydaşlarımızla, itkin düşmüş qardaşlarımızla bağlı problemləri unutmamışıq. Azərbaycanın da itkin düşmüş insanlarla bağlı problemləri var. Biz düşünürük ki, bu məsələlər əməkdaşlıq yolu ilə həll olunmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az