
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin brifinqi zamanı müharibə ehtimalı ilə bağlı səsləndirdiyi açıqlamalarına dair ona ünvanlanan sualı cavablandırıb.
Globalinfo.az xəbər verir ki, jurnalistlər ona seçki öncəsi dövrdə dediyi, “Əgər parlament çoxluğu əldə olunmasa, sentyabrda müharibə ola bilər”, – fikrini xatırladaraq hazırda belə bir təhlükənin olub-olmaması barədə soruşublar.
Baş nazir suala qısa cavab verərək mövcud vəziyyətin rəsmi təhlükə kimi qiymətləndirilmədiyini bildirib və bu məsələyə dair əlavə şərh verməyib:
“Biz sülh gündəliyini ardıcıl olaraq davam etdirəcək, bütün mümkün vasitələrlə ona xidmət göstərəcəyik və müharibə olmayacaq, sülh olacaq”.
Safura Bənnayeva
Globalinfo.az