
Türkiyədə narkotik istintaqı çərçivəsində keçirilən əməliyyatlarda daha 22 nəfərin saxlanıldığı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar arasında tanınmış simalar da yer alır. Onların sırasında müğənni Kənan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat, eləcə də müğənni-bloger Kerimcan Durmaz, aktyorlar Berdan Mardini və Enis Arıkan kimi adların olduğu iddia edilir.
İstintaqla bağlı araşdırmalar davam edir.
Safura Bənnayeva
Globalinfo.az