Bu il iyunun 15-dən etibarən Ukrayna avtobuslarının Şehyni-Medyka sərhəd keçid məntəqəsindən Polşaya girişi məhdudlaşdırılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Qeyd olunub ki, bu nəqliyyatın müvəqqəti dayandırılması planlaşdırılan təmir işləri ilə əlaqədardır və bu işlərin 2027-ci ilin noyabr ayına qədər başa çatdırılması gözlənilir.
Rəsmi açıqlamada qeyd olunub ki, Polşadan Ukraynaya gedən avtobuslar adi qaydada fəaliyyətini davam etdirəcək.
Tahir Turan
Globalinfo.az