Cavaxyan levon 11

“Müxalifətin parlamentdəki mandatlarından imtinasını düzgün hesab etmirəm”.

Globalinfo.az xəbər verir ki, bunu erməni yazıçı Levon Cavaxyan qeyd edib.

O bildirib ki, hakim partiyanın seçkidəki uğurunu “Pirr qələbəsi” adlandırmaq olar:

“Tezliklə Paşinyanın Baş Prokuror, Mərkəzi Seçki Komissiyasının sədri, Korrupsiya Məhkəməsinin hakimini və s. təyin etmək imkanı olmayacaq. Dövlət idarəçiliyi gəmisi zədələnib. Rusiya qəzaya uğramış gəmini torpeda ilə vurmağa davam edəcək. Payızda gözlənilməz hadisələr olacaq. Müxalifət kritik ana hazır olmalıdır”.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası səslərin 48,82 faizini toplayaraq qalib gəlib və 105 yerlik parlamentdə 64 mandat qazanıb. Bununla belə, partiyanın əvvəlki dövrlə müqayisədə siyasi manevr imkanlarının məhdudlaşacağı və bəzi qərarların qəbulunda əvvəlki təsir gücünü qoruya bilməyəcəyi deyilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: