Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçi həlak olub.
Bu barədə yerli KİV məlumat yayıb.
ÇVK-OGPU və Rucriminal.info saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.
Bomba BMW markalı avtomobilinə yerləşdirilib və nəqliyyat vasitəsi hərəkətdə olarkən partlayıb.
X X X
Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, partlayış səhər saat 05:30 radələrində baş verib.
Şahidlərin sözlərinə görə, sürücü BMW X3-ün mühərrikini işə salanda avtomobil partlayıb.
Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, lakin o, daha sonra ölüb.
Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.