prtl

Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçi həlak olub.

Bu barədə yerli KİV məlumat yayıb.

ÇVK-OGPU və Rucriminal.info saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.

Bomba BMW markalı avtomobilinə yerləşdirilib və nəqliyyat vasitəsi hərəkətdə olarkən partlayıb.

X X X

Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, partlayış səhər saat 05:30 radələrində baş verib.

Şahidlərin sözlərinə görə, sürücü BMW X3-ün mühərrikini işə salanda avtomobil partlayıb.

Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, lakin o, daha sonra ölüb.

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş: