owl detail 620 90611ccd8d2553788272dcf40bebd9cc

Seçki məntəqələri bağlandıqdan sonra polis İrəvanın mərkəzinə doğru irəliləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Xüsusilə, hökumət binalarının yerləşdiyi Respublika Meydanının yaxınlığında, Opera Teatrının yaxınlığında, eləcə də baş nazirin Proşyan küçəsindəki iqamətgahının yaxınlığında polis avtobusları yerləşdirilib. Saryan küçəsində keçirilən genişmiqyaslı şərab festivalının perimetri ətrafında böyük bir polis qüvvəsi də növbətçilik edir və bu da onlara şəhər mərkəzini effektiv şəkildə idarə etməyə imkan verir”, – deyə agentlik bildirib.

Məqalə müəllifləri şəhərdə vəziyyətin sakit olduğunu, mərkəzdə çoxlu sayda sakin və turistin olduğunu qeyd ediblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: