robert kocharyan 1067x600 1 900x506 1

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yaşayış ünvanında əlavə bir nəfər qeydiyyata alınıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə sabiq prezidentin ofis rəhbəri Bağrat Mikoyan məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarından etibarən bir sıra vətəndaşlar öz ünvanlarında tanımadıqları şəxslərin qeydiyyata alındığını bildiriblər.

Mikoyan qeyd edib ki, Köçəryanın ailəsində “Knarik Petrosyan” adlı heç bir şəxs yoxdur və həmin ünvanda belə bir şəxsin qeydiyyatda olması mümkün deyil.

Onun fikrincə, yaşayış ünvanlarına icazəsiz qeydiyyat halları geniş yayılıb və bu, hakimiyyətin növbəti qanunsuz praktikasıdır.

“Artıq o qədər irəli gediblər ki, hətta prezidentin ev ünvanına belə əlavə şəxs qeydiyyata alıblar”, – deyə o bildirib.

photo 2026 06 07 13 25 00 x726 quality90

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: