66251632 e670 4161 bd6a 10bac48ca37f

Moskva ilə İrəvan arasındakı münasibətlərin sağlamlaşdırılmasına ehtiyac var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan seçki məntəqəsində jurnalistlərə deyib.

“Ümid edirik ki, xüsusilə seçkilərdən sonra rusiyalı tərəfdaşlarımızla sağlam, konstruktiv mühitdə bu münasibətləri sağlamlaşdıra, istənilən ikitərəfli münasibətlərdə yarana biləcək problemləri müzakirə edə və həm Ermənistan, həm də Rusiya üçün faydalı həllər tapa biləcəyik”, — deyə o bildirib.

Mirzoyan qeyd edib ki, iki ölkə arasında gərgin münasibətlər üçün əsaslar yoxdur:

“Tərəflər bir-birinin suverenliyinə və müstəqil qərar qəbul etmək hüququna hörmət etməlidir”.

Qeyd edık ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb, ölkə üzrə 2005 seçki məntəqəsi fəaliyyət göstərir.

Parlament uğrunda 18 siyasi qüvvə mübarizə aparır: 16 partiya və 2 blok. Partiyalar üçün keçid baryeri 4%-dir.

Üç partiyaya qədər birləşən bloklar üçün bu 8%, dörd və daha çox partiyadan ibarət birliklər üçün isə 10% müəyyən edilib. S

eçkilərdə iştirak üçün səsvermə faizi (yəni minimum iştirak tələbi) yoxdur. Səsvermənin nəticələrinə əsasən ən azı 101 deputatdan ibarət Milli Assambleyanın formalaşdırılması planlaşdırılır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: