Putin 1 900x600 2

Rusiya Prezidenti Vladimir Putinə Ukrayna lideri Volodimir Zelenskinin məktubu barədə məlumat verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Onun artıq xəbəri var”, – deyə sözçü qeyd edib.

Xatırladaq ki, iyunun 4-də V.Zelenski Putinə açıq məktub ünvanlayıb.

Məktubda o, Ukrayna Rusiya arasında birbaşa danışıqlar prosesinin başlanmasını və münaqişənin başa çatdırılması məsələsini müzakirə etmək üçün şəxsi görüş keçirilməsini təklif edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: