“Dekabra qədər Avrasiya İqtisadi Birliyinin (AİB) liderlərinə Ermənistanın ittifaqa üzvlüyü ilə bağlı mümkün tədbirlər barədə hesabat təqdim ediləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində TASS agentliyinə müsahibəsində deyib.
“Yəqin ki, həmişə olduğu kimi, bu cür hallarda müvafiq maraqlı üzv dövlətlərin daxil olduğu işçi qrup yaradılacaq. Üzv ölkələrin hökumət başçılarından ibarət Avrasiya Hökumətlərarası Şuraya bu məsələləri müzakirə etmək tapşırılıb.
Onlar vəziyyəti qiymətləndirəcək və 2026-cı ilin dekabrında Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasına tövsiyələr verəcəklər”, – deyə Overçuk qeyd edib.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinin hazırda 5 üzvü var: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan.
Əliyar Xəlil
Globalinfo.az