zelenski rusyadan takas edilecek esirler listesini hala almadik hjhk 900x506 1

Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyəti yalnız Polşanın köməyi sayəsində qoruyub saxlayır.

Globalinfo.az xəbər verir ki, bu fikri Polşa millət vəkili və Qanun və Ədalət Partiyasından baş nazirliyə namizəd Pşemıslav Çarnek bildirib.

Onun sözlərinə görə, Varşava dünyanı Kiyevə kömək etməyə məcbur edib və bu da Zelenskinin hakimiyyətdə qalmasına imkan verdi. Siyasətçi qeyd edib ki, lideri indi “Polşanın üzünə şillə vurur”.

“Amma təkrar edirəm, bu, ilk növbədə Ukrayna xalqına zərər verən bir hərəkətdir. Zelenski bunu başa düşməlidir”, – deyə o bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: