
“Belarus heç vaxt Ukrayna ərazisinə hücum etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu, heç vaxt olmayacaq. Heç vaxt. Bizim əsgərlər orada olmayıb və olmayacaq”, – deyə o vurğulayıb.
Lukaşenko əlavə edib ki, Avropa ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskini Belarusun müharibəyə cəlb edilməsi barədə “provokativ bəyanatlar” verməyə təşviq edir.
Belarus lideri həmçinin bildirib ki, əgər ölkəsinə hücum edilərsə, Ukraynadakı müharibə tamamilə fərqli xarakter alacaq.
Safura Bənnayeva
Globalinfo.az