Belarus lideri Aleksandr Lukaşenko Fransa Prezidenti Emmanuel Makronun etibarlı şəxsinin tezliklə Minskə gələcəyini bəyan edib.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə ”BelTA” agentliyi məlumat yayıb.
Lukaşenko mövzu ilə bağlı bunları deyib:
“Bu, Makronun tamamilə etibar etdiyi və proseslərdən yaxşı agah olan adamıdır. Mən mövcud olan bütün problemləri onun diqqətinə ətraflı şəkildə çatdıracağam”.
Qeyd olunur ki, dövlət başçıları bu barədə mayın 24-də baş tutan telefon danışığı zamanı razılığa gəliblər.
Əliyar Xəlil